9 avqust 2016 00:10
Qarabağın rəqibi autsayderə uduzdu
Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Qöteborq" İsveç çempionatında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən klub ölkə birinciliyinin 17-ci turu çərçivəsində səfərdə "Yurqorden"lə qarşılaşıb.
Ağdamlıların rəqibi autsayderlər qrupunda qərarlaşan bu komandaya məğlub olub - 1:3. 24-cü dəqiqədə Tom Pettersonla hesabı açan "Qöteborq" bu qolu vurmasına peşman olub.
Hazırda 29 xala malik "Qöteborq" 16 klub arasında 4-cü pillədə qərarlaşıb. "Yurqorden" isə 18 xalla 14-cüdür.
