Roman Qriqorçuk: Bu gün əla oynadığımızı deyə bilmərəm
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Rəşad Sadiqovun zədəsindən danışmaq çətindir. O, təcrübəli futbolçudur. Vəziyyəti ağırlaşdırmamaq üçün vaxtında əvəzlənməsini istədi. Bu gün əla oynadığımızı deyə bilmərəm. Prinsipcə, hər şey gözlədiyimiz kimi oldu. Futbolçularımızın Avropa Liqasındakı oyunlardan sonra daxili çempionata köklənməsi vacib idi. Düzdü, buna tam istədiyimiz kimi nail olmadıq. Amma xarakter göstərdik. Düzgün qərarlar vermədiyimiz epizodlar da oldu. Lakin sonda hər şey xeyrimizə oldu. Bunun da sayəsində qələbə qazandıq". (CBC)
