8 avqust 2016 21:10
Şahin Diniyev: Üstünlük bizim tərəfimizdə idi
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bu gün bizdə ustalıq çatışmadı. Üstünlük bizim tərəfimizdə idi. Amma bundan yararlana bilmədik. Rəqib isə məhz ustalığının sayəsində əlinə düşən yarıqol vəziyyətlərindən istifadə etdi. Bütövlükdə, oyundan razıyam. Zamanla ələ düşən qol şanslarımızdan daha yaxşı yararlanacağıq. İlk qol epizodunda Nicat Qurbanovla Orxan Əliyev düzgün mövqe seçməmişdilər. Görünür, bu, onların məsuliyyətsizliyindən irəli gəlir". (CBC)
