8 avqust 2016 20:00
Qöteborq islandiyalı hücumçu aldı
Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçin "Qöteborq" klubu heyətinə yeni futbolçu qatıb. Azerisport.az xəbər verir ki, İsveç təmsilçisi Norveçin "Volerenqa" klubunda çıxış edən islandiyalı hücumçu Elias Mar Omarssonu icarəyə götürüb.
Klub saytının yaydığı məlumata görə, 21 yaşlı forvardla bir mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, Omarsson aşağı yaş qrupları ilə yanaşı, İslandiyanın əsas yığma komandasında da oynayıb.
