8 avqust 2016 19:30
Qarabağın Qöteborqla ilk matçının vaxtı bilindi
Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"la İsveçin "Qöteborq" klubu arasında baş tutacaq ilk oyunun yeri və vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən matç avqustun 18-də "Qamla Ullevi" arenasında keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
