8 avqust 2016 17:20
Sumqayıtın da 2 futbolçusu milliyə dəvət aldı
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət komandası 2016-cı il avqustun 14-dən 23-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, bu səbəbdən "Sumqayıt"ın da 2 üzvü - Tural Bayramlı və Əli Əliyev U-19 millisinə dəvət alıb.
Qeyd edək ki, hələlik, AFFA U-19-un heyətini açıqlamasa da, "Sumqayıt"dan öncə "Neftçi" 3 futbolçusunun milliyə dəvət aldığını bəyan etmişdi.
