8 avqust 2016 16:50

Serjinyo: Kəpəz Qəbələdən qorxmur

"Kəpəz"ın yarımmüdafiəçisi Serjinyonun azerisport.az saytına müsahibəsi

- Premyer Liqanın 1-ci turunun "Qəbələ" ilə səfər oyununa hazırsınız?
- Əlbəttə! Yaxşı məşq etmişik, komandada əla atmosfer var. Səbrsizliklə oyunun startını gözləyirik.

- Bəs bu rəqiblə oyundan nə gözləyirsiniz?
- Çətin oyun olacaq. Rəqibin əla heyəti var. Amma biz bu görüşü uğurla başa vurmaq istəyirik. Sonadək mübarizə aparacağıq.

- Avrokuboklardakı çıxışınız yeni mövsümdə sizə əlavə güc verib, ya mübarizəni erkən dayandırmağınız mənfi təsir edib?
- Böyük ehtimalla, birinci variant daha üstündür. Avroliqadakı çıxışımız bizə böyük fayda verdi. "Qəbələ"yə qarşı yaxşı oynamağa çalışacağıq. Buna qadir olduğumuza inanıram.

- "Kəpəz" ilk oyununu Bakıda keçirəcək...
- Bakı yaşamaq üçün gözəl şəhərdir. Şəhər çox xoşuma gəlib. Artıq buraya uyğunlaşmışam.

- Bəs "Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhərində, doğma stadionunda olmusan?
- Xeyr, ancaq videolarda görmüşəm. Əlbəttə, tezliklə öz gözlərimlə də oraları görmək istəyirəm.

- "Kəpəz"dən fərqli, "Qəbələ" avrokuboklarda çıxışını davam etdirir. Onlar son olaraq "Lill" (Fransa) kimi rəqibə qalib gəliblər. Bu, sizi qorxutmur?
- Xeyr, "Qəbələ"dən qorxmuruq. Çünki bizim də yaxşı komandamız var. Rəqibə hörmət etsək də, qorxu yoxdur.

- Elnur Cəfərovun Portuqaliaynın "Tondela" klubundakı legioner karyerası demək olar ki, başlamamış bitdi. Futbolçu baş məşqçi Armando Petitlə aralarındakı münaqişə səbəbindən klubdan ayrıldığını deyir. Siz bu hadisəni necə qarşıladınız?
- Orada əslində nə baş verdiyini bilmirəm. Onun qısa zaman kəsiyində komandanı tərk etməsi mənə çox qəribə gəldi. Bircə onu deyə bilərəm ki, Portuqaliyada müsəlmanlara qarşı çox yaxşımünasibət var. Hər kəs digər dinlərin inanclarından xəbərdardır. Belə məsələlərə də ayıq-sayıq yanaşırlar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.