8 avqust 2016 15:50
Neftçi Denilsonu Zirə ilə matça sifariş etmək istəyir
"Neftçi"nin yeni transferi Denilson Pereyra sabah komandaya qoşulacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu sabah braziliyalı yarımmüdafiəçi ilə müqavilə imzalayacaq.
Tərəflərin neçə illik razılığa gəldiyi bilinmir. Amma bakılılar onu Premyer Liqanın 2-ci turu çərçivəsində keçiriləcək "Zirə" ilə oyuna qədər sifariş etmək istəyirlər.
