8 avqust 2016 14:45
Vəli Qasımov: Denilsonun bizə faydası dəyəcək
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov braziliyalı yarımmüdafiəçi Denilson Pereyranın transferi ilə bağlı fikirlərini söyləyib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü deyim ki, hələ heç bir rəsmi imzalanma olmayıb. Hazırda klubu ilə onun icarəyə götürülməsi barədə danışıqlarımız davam edir. Prinsipcə, bütün tərəflər razılığa gəlib. Sadəcə, müqaviləyə imza atmaq qalıb. O, "Qranada"da uğurlu mövsüm keçirib. Yaxşı göstəriciləri var. Fikrimcə, yeni mövsümdə bizə faydası dəyəcək. Gənc və perspektivli legionerdir".
