8 avqust 2016 14:30
Neftçinin futbolçuları milli komandada
"Neftçi” PFK-nın 3 futbolçusu Azərbaycan U-19 yığma komandasına dəvət olunub. Azerisport.az xəbər verir ki, Pilağa Mehdiyev, Anton Krivotsyuk və Ərziman Rizvanov Bakı şəhərində keçiriləcək təlim-məşq toplanışına qatılacaqlar.
Qeyd edək ki, hazırlıq prosesi avqustun 14-dən 23-dək təşkil olunacaq. Amma milliyə digər klublardan kimlərin çağırıldığı hələ AFFA tərəfindən açıqlanmayıb.
