8 avqust 2016 14:00

Vitali Vernidub: Ederə qarşı oynamaq bizim üçün qiymətsiz təcrübə oldu

"Qəbələ"nin müdafiəçisi Vitali Vernidubun azerisport.az saytına müsahibəsi

- Premyer Liqadakı ilk matçınız "Kəpəz"ə qarşıdır. Bu oyundan nə gözləyirsiniz?
- Çempionata uğurlu nəticə ilə başlamaq istəyirik. Rəqibimiz yaxşı komandadır. Onlara hörmətlə yanaşırıq.

- Avroliqanın qrup mərhələsinə çıxmağınıza cəmi bir addım qalıb. Pley-offda Sloveniya "Maribor"u ilə düşməklə bəxtinizin gətirdiyini demək olar?
- Püşkün nəticəsindən asılı olmayaraq, biz qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik və bunun üçün öz futbolumuzu nümayiş etdirəcəyik.

- Razısınız ki, "Qəbələ" "Maribor"u da keçməyə borcludur?
- "Maribor" çox yaxşı, güclü komandadır. Bu mərhələdə zəif rəqib olmur. Buna görə də "Maribor"la oyunlarımızın asan keçməyəcəyini demək olar. Onlar artıq bizim əvvəlki oyunlarımızı izləyiblər və diqqətlə analiz edəcəklər. Biz də bu komanda ilə oyunlara ciddi hazırlaşacağıq.

- Amma Türkiyənin "Fənərbaxça" klubu ilə də qarşılaşa bilərdiniz...
- Dediyim kimi, bu mərhələdə bütün komandalar güclüdür. Ona görə də heç bir klub arasında fərq qoymaq, müqayisə aparmaq istəməzdim. Bu mərhələdə hər bir komandadan sürpriz gözləmək olar. Lakin çox ümid edirəm ki, "Maribor" səddini də keçəcəyik.

- "Maribor" yəqin ki, ilk oyunda sizə qarşı ehtiyatlı oynamağa çalışacaq...
- Hazırda tam olaraq "Kəpəz"lə oyuna köklənmişik. Ona görə də "Maribor"la matçların necə keçəcəyinə dair fikir yürütmək mənə çətindir. Bircə onu deyə bilərəm ki, hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır.

- "Lill"ə oyun ərəfəsində Fransa klubunun portuqaliyalı ulduzu Ederdən çox ehtiyatla danışılırdı. Avropa çempionuna qarşı oynamaq necə idi?
- Şübhəsiz ki, bu, çox yaxşı təcrübə oldu. Bunu həm müdafiəçilərimiz, həm də bütövlükdə komandamıza aid etmək olar. Eder çox texnikalı oyunçudur, ikinci mərtəbədə də əla oynayır. Yüksək səviyyəli hücumçudur. Ona qarşı oynamağımız bizə gələcək oyunlarda da çox kömək edəcək. Qiymətsiz təcrübə qazanmış olduq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.