8 avqust 2016 02:00

Elvin Camalov: Məqsədimiz çempion olmaqdır

“Qəbələ” bu gün Azərbaycan Premyer Liqasının 2016-2017-ci illər mövsümündə ilk oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” Bakıda keçiriləcək görüşdə “Kəpəz”i qəbul edəcək.

Komandanın gənc futbolçularından Elvin Camalov yeni mövsüm və çempionatın ilk matçı haqda fikirlərini klub saytına açıqlayıb:

“Çempionatda ilk matçımıza çıxacağıq. UEFA Avropa Liqasının ilk üç təsnifat mərhələsini keçdikdən sonra fikrimizi Premyer Liqaya yönəltmişik. Yeni mövsümdə bir məqsədimiz var ki, bu da çempion olmaqdır. “Kəpəz”lə görüş bizim üçün qızıl medallar uğrunda mübarizənin başlanğıcıdır. İlk rəqibimiz olan “Kəpəz”i yaxşı tanıyırıq. Təəssüf ki, bu komanda avrokuboklarda mübarizəni dayandırdı. Azərbaycanın hər bir klubunun qitəmiqyaslı turnirlərdə mümkün qədər irəliləməsini istəyirəm. İndi onların da çempionata yüksək motivasiya ilə hazırlaşdığını düşünürəm. Meydanda əsl mübarizə olacağına ümid edirəm. Avrokuboklardakı uğurlu oyunlardan sonra motivasiyamız çox yüksəkdir. Tamamilə qələbəyə köklənmişik. İlk turu 3 xalla başa vurmalıyıq. Yeganə istəyimiz də budur və qələbə üçün meydana çıxacağıq. Legioner limiti ilə bağlı UEFA Avropa Liqasından fərqli heyətlə mübarizə aparmalı olacağıq. İnanmıram ki, bu, hər hansı çətinlik yaratsın”.

“Qəbələ” UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniyanın “Maribor” klubu ilə qarşılaşacaq. Püşkün üz-üzə qoyduğu komandalar 2 il əvvəl Sloveniyadakı təlim-məşq toplanışında da görüşüb. “Qırmızı-qaralar”ın 1:0 hesablı qələbəsinin iştirakçılarından olan Camalov püşkün nəticəsi və qarşıdakı oyunlar haqda fikirlərini açıqlayıb: “Bu komandaya qarşı oynasaq da, həmin görüşdən sonra xeyli vaxt keçib. İndiki “Maribor” pley-offa qədər irəliləyibsə, deməli, güclü komandadır. İnanıram ki, bu rəqibi də mübarizədən kənarlaşdırıb, ötən mövsümkü tarixi yenidən təkrarlayacağıq. Qrup mərhələsinə vəsiqə qazanmaq istəyirik ki, bunun üçün də sloveniyalıları məğlub etməliyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.