8 avqust 2016 01:20
Samir Məsimovsuz Domjale qələbə qazandı
Futbol üzrə Sloveniya çempionatında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Rudar" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Samir ilk üç turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 4 turdan sonra 8 xalla 10 klub arasında 2-ci pillədə qərarlaşıb.
