8 avqust 2016 00:50
Şeydayevin komandasından Qarabağa 5 cavabsız qol
Türkiyənin "Trabzonspor" klubu Macarıstandakı təlim-məşq toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Trabzon təmsilçisinin rəqibi Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış "Qarabağ" (Vyana) klubu olub.
Matç azərbaycanlı futbolçu Ramil Şeydayevin şərəfini qoruduğu "Trabzonspor"un 5:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizdə çıxış etməsi gözlənilən hücumçu da "Qarabağ"a qarşı oynayıb. Baş məşqçi Ərsun Yanal onu qarşılaşmanın 69-cu dəqiqəsində meydana buraxıb.
