8 avqust 2016 00:40
Ramaldanov Gürcüstan çempionatında debüt etdi
Gürcüstan çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun bu yay transfer olduğu "Kolxeti" klubu da ilk matçına çıxıb.
Poti təmsilçisi səfərdə "Zuqdidi" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Qeyd edək ki, Rasim də bu oyunda Gürcüstan çempionatında debüt etmək şansı qazanıb. O, meydana start heyətdə çıxıb.
