Zaur Svanadze: Ruslan Abışovdan dubla ima atmasını gözləmirdim
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Uşaqlardan razıyam. Bu gün meydanda can qoydular, oynadılar, qol vəziyyətləri yaratdılar. Mövsümə yaxşı başladıq, belə də davam etmək istəyirik. "Qarabağ"ın güclü komanda olduğunu bilirik. Onları Avropa Liqasında da qarşıda ağır oyunlar gözləyir. Bu komandaya həmin oyunlarda uğurlar arzulayıram. Fasilədə uşaqlara dedim ki, yaxşı oynayırsınız, "Qarabağ"dan geri qalmırsınız. Sadəcə, yaxşı oynamağa davam etmək, tempi bir qədər də artırmaq lazım idi. Düzünü desəm, Ruslan Abışovun dubla imza atmasını gözləmirdim. Onu ancaq təbrik edə bilərəm". (CBC)
