Qurban Qurbanov: Avroliqa barədə hələ düşünmürük
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İnter" yaxşı oyun göstərdi, nəticəyə oynadı. Çətin oyun oldu. Rəqib birinci hissədə oyunu müdafiədən qurdu. Amma buraxılan qoldan sonra oyunlarını dəyişdilər. Bu, çempionatın ilk oyunudur. Uşaqlar belə uğursuzluğa hazır olmalıdırlar. Qarşıda hələ çox oyun var. Avropa Liqasının pley-off mərhələsi haqda hələ düşünmürük. Bu görüşə hazırlaşmaq üçün vaxtımız olacaq. İndi bütün diqqətimizi ilk növbədə çempionata yönəltməliyik. Ümid edirəm ki, bu məğlubiyyəti tez bir zamanda unuda və növbəti oyunumuza hazırlaşa biləcəyik". (CBC)
