7 avqust 2016 20:45
Dadaşovun komandası yeni mövsümdə ilk xalını qazandı
Almaniyanın Şimal-Şərq Regional Liqasında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Yunion Fyurstenvalde" ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
Start heyətdə meydana çıxan Dadaşov yenə 90 dəqiqə oynayıb.
Qeyd edək ki, 2 turdan sonra "Moyzelvits" 1 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.
