7 avqust 2016 20:30
Dmitri Nazarov komandasını məğlubiyyətdən xilas edə bilmədi
Futbol üzrə Almaniya ikinci Bundesliqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Ersgebirge" də ilk matçına çıxıb.
Sözügedən komanda səfərdə "Haydenhaym"la qarşılaşıb. Matç futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb - 0:1.
Nazarov bu görüşün 71-ci dəqiqəsində meydana buraxılsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
