7 avqust 2016 19:45
Erat oynadı, komandası səfər matçından 1 xalla qayıtdı
Almaniya üçüncü Bundesliqasında ikinci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Osnabryuk"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Start heyətdə meydana çıxan Erat bu görüşün 69-cu dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, 2 turdan sonra "Duysburq" 20 klub arasında 4 xalla 6-cı yerdə qərarlaşıb.
