7 avqust 2016 16:00
Ağabala Ramazanov: Hədəf - Avroliqaya vəsiqədir
"İnter"in hücumçusu Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının yeni mövsümündəki hədəflərindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çempionat bu mövsüm maraqlı olacaq. Çünki klub sayı azalıb, ən güclülərin birinciliyini izləyəcəyik. Hər bir rəqibə hörmətlə yanaşırıq, amma biz onların hamısı ilə sonadək mübarizə aparacağıq. Yaxşı toplanış keçmişik. İndiki heyətin ötən mövsümdəkindən nə dərəcədə güclü olduğunu mayda biləcəyik. Amma şəxsən mən "İnter"i hazırda çox güclü hesab edirəm. Əsas odur ki, indi komandada maliyyə problemi yoxdur. "İnter" həmişə iddialı klub olub. Yeni mövsümdə də belə olacaq. Hədəfimiz isə Avropa Liqasına vəsiqə qazanmaqdır".
