7 avqust 2016 14:30

Qöteborqun kapitanı: Reynaldo Qarabağın ən yaxşısıdır

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan İsveçin "Qöteborq" klubunun baş məşqçisi Mattias Byarmyur qarşıdakı oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Komandamız püşkün nəticəsindən razı qaldı. Ukrayna "Şaxtyor"u ilə düşmədiyimizə sevindik. Ukraynaya səfər heç də sevindirici olmazdı. Çünki bizə qarşı çox güclü rəqib mübarizə aparacaqdı. Eyni zamanda Təl-Əviv "Makkabi"si ilə də (İsrail) düşməyimizi istəmirdik".

Təcrübəli müdafiəçi "Qarabağ" barədə də danışıb: "Qarabağ" kimi komandalar kifayət qədər müəmmalı olur. Birincisi, rəqibi yaxşı tanımırsan. İkincisi, bu rəqiblərlə səfər oyunu üçün uzun yol qət etməli olursan. Bizi də təxminən 5 saatlıq uçuş gözləyir. Amma bu, bizi məyus etməməlidir. Püşkatma bitən kimi bu komandanı araşdırmaq üçün internetdə axtarış etdim. Onların heyətində braziliyalı futbolçular var. Onlardan biri Reynaldodur. Deyəsən, o, komandanın ən yaxşı futbolçusudur".

"Əvvəllər heç vaxt Azərbaycanda olmamışam. Bu, yeni bir təcrübə olacaq. Paytaxt Bakı şəhərini də görmək imkanımız olacaq. Orada nəyin necə olduğunu görmək maraqlı gəlir".

Kapitan onu da bildirib ki, "Qöteborq" Avroliqanın qrup mərhələsində oynamaqda iddialıdır: "Bizi çox maraqlı 180 dəqiqə gözləyir. Qrup mərhələsinə çox yaxınıq. Bura qədər gəlmişiksə, sonadək mübarizə aparıb, hədəfimizə çatmalıyıq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.