7 avqust 2016 13:30
"İnanıram ki, Şeydayevlə Mahmudov Azərbaycan yığmasına faydalı olacaq"
Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanov FİFA-nın Ramil Şeydayev və Emin Mahmudovun millimizdə oynamasına dair verdiyi razılığa münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"FİFA-nın belə bir qərar çıxarmasına sevindi. İnanıram ki, Ramil və Emin yığmamıza faydalı olacaq. Şeydayevlə rəqabətə gəlincə, onun da hücumçu olması mənim üçün problem deyil. Əksinə, bu, rəqabəti daha da artırır. Meydana kim daha yaxşı hazırlığa malik olacaqsa, o çıxacaq".
