Vüqar Əsgərovdan Latviyada daha bir qol
Futbol üzrə Latviya birinci liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə RTU ilə qarşılaşıb. Matç futbolçularımızın komandasının qələbəsi ilə başa çatıb - 2:1. Vüqar start heyətdə başladığı matçın sonunadək meydanda olubsa, Orxanın adı bu dəfə ümumiyyətlə, iştirak ərizəsində yer almayıb.
Vüqar bu dəfə də komandasının qələbəsinə qolla töhfə verib. Belə ki, 43-cü dəqiqədə fərqlənən həmyerlimiz matçda son nöqtəni qoyan futbolçu olub. Bu, Əsgərovun cari mövsümdə vurduğu 21-ci qol olub. Həsənəliyev isə 7 qol vurub.
Qeyd edək ki, geridə qalan turlarda 31 xal toplayan "Olayne" 15 klub arasında 5-ci pillədə qərarlaşıb.
