7 avqust 2016 12:00
Samir Abasov: Bütün oyunlarımızın belə olacağnı deyə bilmərəm
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“İlk matçımız idi və səfərdə çıxış edirdik. Uşaqlar ürəklə oynadılar. Hamı bacardığından artığını etdi. Amma bütün oyunlarımızın belə olacağnı deyə bilmərəm. Komanda istəkli idi, futbolçular meydanda can qoydular”.
