Katalin Tira: Əsas qələbə qazanmaq idi, ona da nail olduq
"Neftçi"nin hücumçusu Katalin Tira Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
- "Neftçi"dəki ilk oyununuz haqda nə deyə bilərsiniz?
- Şadam ki, komandamız qalib gəldi. Yeni klubumdakı ilk matçım olduğunu nəzərə alsaq, bu qələbə mənim üçün xüsusilə sevindiricidir.
- Amma çətin qələbə qazandınız. Halbuki, rəqibiniz ötən mövsümlə müqayisədə çox zəifləyib...
- İlk oyunlar həmişə çətin olur. Əsas məsələ qələbə qazanmaq idi, komandamız da buna nail oldu.
- Siz meydana yalnız ikinci hissədə daxil oldunuz. Amma qısa müddət ərzində qol vurmaq şansınız da oldu...
- Meydanda cəmi 15 dəqiqə oldum. Şansım olsa da, qol vura bilmədim. Bu, futboldur. Futbolda hər istədiyinə nail ola bilmirsən. Ümid edirəm ki, növbəti oyunlarda qol da vuracağam.
- "Neftçi"yə uyğunlaşma necə gedir?
- Fikrimcə, adaptasiya artıq geridə qalıb. Amma daha yaxşı oynamağım üçün bir qədər də artıq çalışmalıyam. Mövsüm artıq başlayıb. Oynamaq və komandaya fayda vermək lazımdır.
