7 avqust 2016 21:55

Qarabağ İnterə uduzdu

Azərbaycan Premyer Liqasında ilk tur həyəcanı davam edir. Azerisport.az xəbər verir ki, bu gün çempionatda daha bir oyun keçirilib.

Günün yeganə qarşılaşması Bakıda baş tutub. "İnter" doğma meydanda son çempion "Qarabağ"la münasibətlərinə aydınlıq gətirib.

Qarşılaşmada hesabı qonaqlar açıblar. Amma ikinci yarıda meydan sahibləri erkən qolun əvəzini çıxmağı bacarıblar. Müdafiəçi (!) Ruslan Abışov 5 dəqiqə ərzində dubla imza atıb. Qarşılaşmada başqa qol olmayınca, paytaxt klubu son çempion üzərində əzmkar qələbəyə sevinib.

Azərbaycan Premyer Liqası
1-ci tur

7 avqust

“İnter” - “Qarabağ” - 2:1 (0:1)
Qollar: Reynaldo, 10 (0:1). R.Abışov, 69 (1:1). R.Abışov, 74 (2:1).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov.
Bakı. “İnter Arena”.

“İnter”: 1. Səlahət Ağayev, 17. Abbas Hüseynov, 27. Adrian Skarlatake, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 22. İlkin Qırtımov, 8. Nizami Hacıyev (k), 15. Ruslan Abışov, 24. Fuad Bayramov, 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev.
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşqın, 3. Denis Silva Kruz, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad.
Baş məşqçi: Zaur Svanadze.
“Qarabağ”: 13. İbrahim Şehiç, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 17. Namiq Ələsgərov, 22. Əfran İsmayılov, 97. Mahir Mədətov.
Baş məşqçi: Qurban Qurbanov.

Tura sabah keçiriləcək "Qəbələ” – “Kəpəz” oyunu ilə yekun vurulacaq. İlk oyun günündə isə bu nəticələr qeydə alınıb: AZAL - "Neftçi" - 0:2. "Zirə" - "Sumqayıt" - 0:1.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.