6 avqust 2016 23:40

Azər Məmmədov: Biz onlara qalib gələ bilərik

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatına start verilib. Azerisport.az xəbər verir ki, “Kəpəz”in əvəzedici komandası yeni mövsümdə ilk oyununu sabah keçirəcək.

“Sarı-göylər” Qəbələdə eyniadlı komanda ilə qarşılaşacaq. Çempionata Gəncə və Samuxda hazırlaşan Azər Məmmədovun komandası 5 həftəlik təlim-məşq toplanışı və yoxlama oyunları keçirib. Əvəzedici heyətdə bir xeyli dəyişiklik olub. Belə ki, kollektivə 10 yeni futbolçu qoşulub. Dəyişməz olan isə məqsəddir - əsas komanda üçün oyunçu yetişdirmək.

Əvəzedici komandanın baş məşqçisi Azər Məmmədov klub saytına açıqlamasında mövsümün startı ilə bağlı bunları deyib: “Hər bir klub kimi, bizim də istəyimiz nəticənin yaxşı olmasıdır. Amma ən əsası uşaqların yaxşı oynayıb özünü göstərməsi və əsas komandaya dəvət almasıdır. Çempionat 28 oyundan ibarətdir. Bu qədər oyun sayı onların özünü sübut edə bilməsi üçün kifayətdir. Çempionatın başlaması təbii ki, sevindiricidir. İlk turda “Qəbələ” ilə qarşılaşacağıq. Rəqib komplektləşmiş, güclü komandadır. Amma Gəncədə həmişə futbol olub və biz onlara qalib gələ bilərik. Ümumiyyətlə, çempionatda ən yaxşı komandalardan biri olmaq istəyirik. Uşaqlara inanıram və ümid edirəm ki, belə də olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.