6 avqust 2016 19:30
Cari mövsümün ilk qolu müdafiəçidən gəldi
Bu gün 25-ci Azərbaycan çempionatına start verilib. Azerisport.az xəbər verir ki, çempionatın ilk matçında AZAL doğma "AZAL Arena"da "Neftçi"ni qəbul edir.
Sözügedən matçda cari mövsümün ilk qolu vurulub . Qarşılaşmanın 60-cı dəqiqəsində qonaqların müdafiəçisi Elvin Bədəlov "ağ-qaralar"ı hesabda önə keçirib.
