6 avqust 2016 15:00

Elnur Cəfərov Tondeladan niyə ayrıldığını açıqladı

Azərbaycan yığmasının yarımmüdafiəçisi Elnur Cəfərov Portuqaliyanın "Tondela" klubundan ayrılmasının səbəblərindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Məni Portuqaliyada çox yaxşı qarşıladılar. Müqavilə imzaladıq və dərhal da məşqlərə başladım. Mətbuatda yazırlar ki, müqavilədə mənim bir ay ərzində baxışda olacağıma dair bənd var imiş. Bu, doğru deyil. Belə bir şey olsaydı, heç razılaşmazdım. Baş məşqçi ilə də münasibətlərim yaxşı idi. İlk oyundan sonra hətta məni tərifləmişdi. Hazırlaşmağımı, komandaya lazım olduğumu söyləmişdi".

"Hər şey AÇ-2016-nın final oyununa qədər yaxşı idi. Ederin finalda vurduğu qol Portuqaliyanı Avropa çempionu etdi. Komandanın baş məşqçisi Armandu Petit bu münasibətlə komandanın bütün futbolçularının qarşısına bakal, içki qoydu, qələbəni belə qeyd etməyə başladılar. Hamısı mənim müsəlman olduğumu bilirdi. Amma baş məşqçi mənə yaxınlaşıb niyə içmədiyimi soruşdu. Ona bildirdim ki, mən müsəlmanam, inanclarımız spirtli içki içməyə icazə vermir. Amma o, məni buna məcbur etməyə çalışdı. Bakala şampan süzüb, zorla məni içirtməyə çalışdı. Mən onun əlini kənara etmək istərkən təsadüfən bakal yerə düşdü və sındı. Hər şey də bununla bitdi".

"Bu hadisə mənim "Tondela"dakı dönüş nöqtəm oldu. Ondan sonra mənə münasibət tam dəyişdi. Məni meydana az buraxmağa başladı. 5-10 dəqiqə şans verirdi. Bir oyunda 25 dəqiqə oynadım, qol da vurdum. Özümü tərifləmək istəmirəm, amma orada heç kimdən zəif deyildim. "Tondela" "Sportinq" və ya "Benfika" deyil ki, məndən elə-belə yerə imtina etsinlər. Baş məşqçi məşqlərdə də mənə qarşı prinsipial davranmağa başlamışdı".

Cəfərovun sözlərinə görə, bütün bunların nəticəsi kimi, klub onu başqa komandaya icarəyə göndərmək istəyirmiş: "Sonda mənə bildirdilər ki, səni beş aylıq ikinci liqa klublarından birinə icarəyə vermək istəyirik. Yoxlama oyunları zamanı ikinci liqa klublarına qarşı oynamışdım və düşündüm ki, orada inkişaf etməyim çətin məsələdi. Belə olan halda klubu tərk etməkdən başqa çarəm qalmadı. Qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verməli olduq. Qeyd edim ki, məni oradan heç kim qovmayıb. Təəssüf ki, bəzi mətbuat orqanlarında mənim bu klubdan qovulduğumu yazdılar. Artıq üstümdən xətt çəkənlər də var".

"Tondela"dan ayrılmağım mənim xaricdə oynamaq planlarımı dəyişdirmir. Yenə də ölkə xaricində oynamaq istəyirəm. Təklif də var. Yaxın günlərdə qərar verəcəyəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.