6 avqust 2016 14:00
Qustav Enqvall: Qarabağ haqda çox məlumatım olmasa da, yaxşı komanda olduğunu bilirəm
İsveçin "Qöteborq" klubunun hücumçusu Qustav Enqvall Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmalarından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizi çətin rəqib gözləyir. "Qarabağ" haqda çox məlumatım yoxdur. Amma onların yaxşı komandaya malik olduğundan xəbərim var. Onlar bu turnirə ÇL-dən gəliblər. Güclü rəqibə uduzmayıblar, səfər qolu sayəsində mübarizəni dayandırıblar. Bizə Ukraynanın "Şaxtyor", İtaliyanın "Sassuolo" klubu da düşə bilərdi. İstənilən halda hansı rəqiblə düşsəydik, bizi çətin matçlar gözləyəcəkdi. "Qarabağ"la görüşlər də istisna olmayacaq".
