6 avqust 2016 13:00
Rauf Əliyev Ramil Şeydayevin millimizə mümkün dəvətindən danışdı
"İnter"in hücumçusu Rauf Əliyev Türkiyənin "Trabzonspor" klubunun azərbaycanlı futbolçusu Ramil Şeydayevin millimizə mümkün dəvətindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hər bir futbolçu kimi, mənim də Azərbaycan yığmasına dəvət almağım klubumdakı çıxışımdan asılıdır. Yəqin ki, klubumda sabit oynasam, milliyə dəvət alaram. Ramil Şeydayevin Azərbaycan yığmasına dəvət olunmasına gəlincə, FİFA-nın onun millimizdə çıxışına razılıq verdiyini eşitdim. Heç kim üçün sirr deyil ki, yığmamızda hücumçu çatışmazlığı var. Belə olan halda onun yığmamıza çağırılması yalnız komandanın xeyrinə olar".
