6 avqust 2016 12:30
"Qarabağla oynamaq Ukrayna Şaxtyoru ilə düşməkdən yaxşıdır"
İsveçin "Qöteborq" klubunun məşqçisi Alf Vesterberq Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olmalarından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizi ağır səfər gözləyir. Amma hər halda bu, Ukrayna "Şaxtyor"u ilə düşməkdən yaxşıdır. "Qarabağ"ın Avropada təcrübəsi var. Onlar bu mövsüm Çempionlar Liqasını Çexiya "Viktoriya"sı ilə gərgin mübarizə nəticəsində tərk ediblər. Amma biz də bura qədər irəliləyə bilmişiksə, deməli, bu mərhələdə oynamağa, uğur qazanmağa layiqik".
