6 avqust 2016 12:00

Ruslan Qurbanov: Ötən mövsüm buraxdığımız səhvləri təkrarlamaq istəmirik

"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində AZAL-a qarşı keçirəcəkləri səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Mövsümün açılışına hazırsınız?
- Ciddi hazırlaşmışıq. AZAL yaxşı komandadır. Onlara qarşı mübarizə aparmaq çətin olacaq. Amma biz mövsümə qələbə ilə başlamaq istəyirik.

- "Neftçi" ötən mövsüm bu komanda ilə oyunlarda çox çətinliklərlə üzləşdi...
- Elədir. AZAL-a qalib gəlmək çox çətindir. Amma biz ötən mövsüm buraxdığımız səhvlər üzərində çalışmışıq.

- Avroliqadakı uğursuz çıxışı, komandanın Bakıda azarkeşlər tərəfindən necə qarşılandığını nəzərə alsaq, yeni mövsümə psixoloji cəhətdən tam hazırsınız?
- Ağır idi. Amma futbolda belə hallar olur. Hər şeyi geridə qoymaq və irəliyə baxmaq lazımdır.

- "Neftçi"nin yeni hücumçusu - Katalin Tira barədə nə deyə bilərsiniz?
- Klub onu alıbsa, deməli, nəsə bilir. Ümid edirim ki, o, komandamıza faydalı olacaq. Hər şeyi zaman göstərəcək.

- Onun gəlişindən sonra sizin ehtiyatda qalacağınız ehtimal olunur...
- Hansımızın meydana çıxacağına baş məşqçi qərar verəcək.

- "Neftçi"nin yeni mövsümdə çempion olması mümkündür? Sizə elə gəlmir ki, bu, əsl möcüzə olar?
- Niyə möcüzə olur ki? "Neftçi"ni indidən siyahıdan silmək lazım deyil. Ola bilər ki, son dövrlər bizi uğursuzluqlar izləyir. Amma bunlar müvəqqətidir. Çatışmazlıqlarımız üzərində çalışmışıq. "Neftçi" həmişə çempionluğa oynayıb. Yeni mövsümdə də belə olacaq.

- Avroliqadakı təmsilçimiz "Qəbələ" yoluna inamla davam edir. Amma ÇL-dəki təmsilçimiz "Qarabağ" qitənin ən nüfuzlu klub turnirini tərk etdi və Ağdam klubu da Avroliqada çıxış edəcək. Onların uğursuzluğunu necə qarşıladınız?
- "Qarabağ"ın son dəqiqələrdə qol buraxması çox üzücü idi. Amma eybi yox. Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmaqla hər şeyi unutdurarlar. Hər iki komandamıza azarkeşlik edəcəyəm. Azərbaycan təmsilçilərinə uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.