6 avqust 2016 00:25
Millimiz Gürcüstana yenə qalib gəldi
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Gürcüstanın 19 yaşadək futbolçulardan ibarət yığması ilə qarşılaşan millimiz 3:0 hesablı qələbə qazanıb.
Komandamızın qollarını Rövşanə Sərdarlı, Vüsalə Seyfəddinova və Ayşən Əhmədova vurub.
Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyunda da millimiz qələbə qazanıb - 2:0.
