6 avqust 2016 00:15

Qəbələnin rəqibini daha yaxından tanıyaq

UEFA Avropa Liqasının ilk üç təsnifat mərhələsini uğurla adlayan “Qəbələ” ardıcıl 2-ci mövsüm pley-offda qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, “qırmızı-qaralar” yenidən qrup mərhələsində çıxış etmək uğrunda matçlarda Sloveniyanın “Maribor” klubu ilə görüşəcək.

İki il əvvəl Sloveniyada təlim-məşq toplanışında olan "Qəbələ" bu rəqiblə yoxlama oyununda qüvvəsini sınayıb. Həmin matçda Rafael Santosun qolu “Qəbələ”yə 1:0 hesablı qələbə qazandırmışdı.

“Maribor” eyniadlı şəhəri təmsil edir. Bu klub ev oyunlarını 1952-ci ildə inşa olunan 12 min 702 tamaşaçı tutumuna malik “Lyudski vrt” stadionunda keçirir. 1960-cı il dekabrın 12-də yaradılan klubun tarixi iki hissədən – Yuqoslaviya və müstəqil Sloveniya dönəmlərindən ibarətdi.

Yarandıqdan sonra Sloveniya respublikasının çempionatına qatılan komanda ilk cəhddən 1-ci yeri tutaraq, Yuqoslaviyanın 2-ci liqasında oynamaq hüququ qazanıb. Yüksək liqada debüt isə 1967/1968 mövsümünə təsadüf edib. Ardıcıl 5 il burada çıxış edən “Maribor” 10-cu pillədən yuxarı qalxa bilməyib. Bundan sonra bir daha həmin liqaya qayıtmayan komanda aşağı liqalarda mübarizə aparıb və 1988-ci ilədək, “Branik” şirkəti ilə əməkdaşlığa başlayanadək çətinliklərə sinə gərməli olub. Həmin vaxtdan klubun rəsmi adı “Maribor Branik”ə çevrilib.

1991-ci ildə müstəqillik əldə olunduqda Sloveniyanın yüksək liqasına qatılan klub 25 ildir buranın daimi iştirakçısıdır. “Marubor” bunu bacaran üç Sloveniya klubundan biridir. 1991/1992 mövsümündəki ilk ölkə çempionatında gümüş medal qazanan “bənövşəyilər” demək olar hər il liderlər sırasında olsa da, ilk çempionluğu 1996/1997 mövsümündə əldə edib. Bundan sonra daha 12 dəfə Sloveniya çempionu olan “Maribor” ümumilikdə yarışın 13 qat (1996/1997, 1997/1998, 1998/1999, 1999/2000, 2000/2001, 2001/2002, 2002/2003, 2008/2009, 2010/2011, 2011/2012, 2012/2013, 2013/2014, 2014/2015) qalibidir. 9 dəfə ölkə kuboku (1991/1992, 1993/1994, 1996/1997, 1998/1999, 2003/2004, 2009/2010, 2011/2012, 2012/2013, 2015/2016), 4 dəfə Superkubokunu (2009, 2012, 2013, 2014) qazanan komanda Sloveniyanın ən titullu klubu sayılır. Ardıcıl 5 çempionluq qazanan mariborlular ötən mövsüm kuboku başı üzərinə qaldırsa da, əzəli rəqibi “Olimpiya”nın dirçəlişdən sonra qızıl medalları qazanmasına mane ola bilməyib. Çempiondan 6 xal geri qalan bu klub tarixində 5-ci dəfə gümüş mükafatla kifayətlənib.

“Maribor”un avrokuboklarda debütü 1992/1993 mövsümünə təsadüf edib. Kuboklar kubokunda Malta “Hamrun Spartans”ını (4:0, 1:2) mübarizədən kənarlaşdıran komanda Madrid “Atletiko”sunu Maribora gətirə bilib – 0:3, 1:6. 1999/2000 mövsümündə “Genk” və “Lion” kimi klubları məğlub edən sloveniyalılar tarixində ilk dəfə Çempionlar Liqasının qrupuna yüksəlib. Bunadək hər mövsüm ən azı bir mərhələ adlayan “Maribor” böyük uğurunun ardınca 4 il elə ilk səddə ilişib. 2004/2005 mövsümündə də 2 mərhələ keçən komanda daxili yarışlarda uğursuz çıxış edib. Nəticədə 2005/06 mövsümündə Sloveniya tarixində ilk dəfə avrokuboklardan kənar qalıb. Qitəmiqyaslı turnirlərin indiki formatda keçirilməyə başladığı 2009-cu ildən sonra da "Maribor"un çıxışları kifayət qədər uğurlu alınıb. Ardıcıl 2 mövsüm Avropa Liqasının pley-offuna uduzan “bənövşəyilər” 2011/2012, 2012/2013 və 2013/2014 mövsümlərində bu turnirin qrupunda çıxış edib. 3 il öncə qrupdan çıxan mariborluları 1/16 finalda “Sevilya” dayandırıb – 2:2, 1:2. 2014/2015 mövsümündə isə klub tarixində 2-ci dəfə Çempionlar Liqasının qrupunda oynamaq hüququ qazanıb. Lakin bu dəfə də qrupda qalan komanda növbəti mövsüm elə çıxış etdiyi ilk mərhələdə mübarizəni dayandırıb. Cari mövsümdə yarışa II təsnifat mərhələsindən qatılan “Maribor” əvvəl Bolqarıstan “Levski”si (0:0, 1:1), ardınca Şotlandiya “Aberdin”ini (1:0, 1:1) məğlub edib. Ümumilikdə isə "Maribor" indiyədək keçirdiyi 136 avrokubok matçında 49 qələbə qazanıb, 32 heç-heçə edib və 55 dəfə uduzub. 176 qol vuran sloveniyalılar 198-ni buraxıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.