5 avqust 2016 19:30
UEFA Qəbələnin oyununun yerini dəyişdi
Azərbaycanı Avropa Liqasında təmsil edən "Qarabağ"la "Qəbələ"nin püşkün nəticəsinə görə eyni gündə səfər, eyni gündə ev oyununa çıxmalı olduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq UEFA bu oyunlarla bağlı qərarını açıqlayıb.
"Qarabağ" püşkə uyğun olaraq, İsveç "Qöteborq"u ilə ilk oyununu avqustun 18-də səfərdə, cavab matçını isə ayın 25-də Bakıda keçirəcək.
"Qəbələ" isə ilk oyununu avqustun 18-də səfərdə yox, Bakıda keçirəcək. Sloveniya "Maribor"u ilə mübarizə aparacaq bölgə klubu avqustun 25-də də səfərə yollanacaq.
