Darko Milaniç: Qəbələnin yaxşı büdcəsi var
Sloveniyanın "Maribor" klubunun baş məşqçisi Darko Milaniç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qəbələ"yə rəqib olmalarına münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Bu komanda barədə ətraflı məlumatım yox idi. Amma püşkatmadan dərhal sonra kiçik araşdırma apardıq, oyunlarının videoyazılarına baxdıq. Rəqib hörmətə layiqdir. Elə təkcə onların kimləri mübarizədən kənarlaşdırdığına baxdıqda, hər şey aydın olur. Bu komandanı daha diqqətlə öyrənmək lazımdır. Sakit olmağımız üçün əsasımız yoxdur. Rəqibimiz avrokuboklarda tez-tez iştirak edir. Yaxşı büdcəsi var. Bunun sayəsində istədiyi oyunçuları ala bilir. Məsələn, "Lill"ə qarşı oyunda "Qəbələ"nin heyətində cəmi iki yerli futbolçu mübarizə aparıb, qalanları legionerlərdir. Qarşıda bizi öncə çempionat oyunu gözləyir. Ondan sonra "Qəbələ" ilə ilk oyun üçün daha çox vaxt ayırmağa çalışacağıq".
