5 avqust 2016 18:00
Markuş Lopeş: Azərbaycan klubuna uduzmaq çox ağırdır
Fransanın "Lill" kubunun yarımmüdafiəçisi Markuş Lopeş Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyununda üzləşdikləri məğubiyyəti (0:1, ilk oyun 1:1) şərh edib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Rəqibə hörmətlə yanaşıram. Amma bizə Azərbaycan komandasına uduzub, turniri tərk etmək çox ağırdır. Bu, inanılmazdır. Artıq Liqa 1-in yeni mövsümünə hazırlaşmalıyıq.
Səfər oyununda qol buraxdıqdan sonra bizim rəqib qapısına yol tapmaq üçün bir neçə imkanımız oldu. Amma alınmadı. Məyusluğumuz böyükdür. Çünki bu heyətlə biz daha böyük uğurlara nail ola bilərdik. Azarkeşlərimizdən üzr istəyirəm".
