5 avqust 2016 16:30

Qarabağın rəqibini daha yaxından tanıyaq

Azərbaycan çempionu “Qarabağ” Avroliqanın pley-off mərhələsində İsveçin “Qöteborq” komandası ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, “Qöteborq” İsveçin eyni adlı şəhərini təmsil edir.

Klub 1904-cü ildə yaradılıb. Komandanın rəngləri mavi və ağdır. “Qöteborq” ev oyunlarını 18 416 nəfərlik “Qamla Ullevi” stadionunda keçirir.

“Qöteborq” 18 dəfə İsveç çempionu, 13 dəfə isə “Allsvensken” liqasının qalibi olub. Rəqib 1981-82 və 1986-87-ci illər mövsümündə UEFA kubokunun qalibi adını qazanıb. Ötən mövsümü ikinci pillədə başa vuran komanda bu mövsüm 16 turdan sonra 29 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

"Qöteborq" Avropa Liqasının ilk təsnifat mərhələsində Uels təmsilçisi "Llandudno"nu iki oyunun nəticəsinə görə 7:1 hesabı ilə üstələyib, ikinci mərhələdə Polşanın "Piast" klubunu iki oyunun nəticəsinə görə 3:0 hesabıyla məğlub edib. Üçüncü mərhələdə öz meydanında Finlandiyanın "Helsinki" klubuna 1:2 hesabıyla məğlub olan isveçlilər səfərdə 2:0 hesablı qələbə qazanaraq pley-off-a vəsiqəni təmin edib.
 
Komandanın hazırkı heyətində 12 isveçli, 3 norveçli, 3 danimarkalı, 1 islandiyalı, 2 qanalı və 1 boliviyalı futbolçu çıxış edir. Komandaya isə isveçli Yorgen Lennartsson rəhbərlik edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.