5 avqust 2016 16:20

Qarabağla Qəbələ pley-offda ilk matçla bağlı öz aralarında razılığa gəlməlidi

Avropa Liqasının pley-off mərhələsinin püşkatmasının nəticəsinə görə, Azərbaycanın bu turnirdəki təmsilçiləri - "Qarabağ"la "Qəbələ" müvafiq olaraq İsveç "Göteborq"u və Sloveniya "Maribor"u ilə cavab oyununu doğma meydanda keçirməlidir. Azerisport.az xəbər verir ki, UEFA eyni şəhərdə bir gündə iki avrokubok matçının keçirilməsinə icazə vermir.

Buna görə də ya klublarımızdan hansısa ilk oyunu evdə keçirməli, ya da fərqli gündə meydana çıxmalıdırlar. İlk oyunu evdə keçirəcək komandanı müəyyənləşdirmək üçün "Qarabağ" və "Qəbələ" klubları öz aralarında razılığa gəlməlidir. Belə bir razılıq əldə olunmayacağı halda isə, üstünlük "Qarabağ"da olacaq. Son çempion kimi Ağdam klubu elə püşkün nəticəsinə uyğun olaraq, ilk matçını səfərdə, cavab matçını evdə keçirəcək.

Digər variant isə komandalarımızın ev oyunlarını fərqli gündə keçirməsidir. Belə olan halda da "Qəbələ"nin oyun günü dəyişdiriləcək. Roman Qriqorçukun komandası ev oyununu avqustun 25-də yox, ya 23-də, ya da 24-də keçirməli olacaq.

Qeyd edək ki, ilk oyunlar avqustun 18-də keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.