5 avqust 2016 14:40
Emin Mahmudov: Şadam ki, FİFA millidə oynamağıma icazə verdi
Portuqaliyanın "Boavişta" klubunun yarımmüdafiəçisi Emin Mahmudov FİFA-nın onun Azərbaycan milli komandasında oynamasına icazə verməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şadam ki, FİFA Azərbaycan yığmasında oynamağıma icazə verdi. Yığma komandada ən qısa müddətdə debüt etmək istərdim. Başqa heç nə deyə bilmərəm. Çünki məni hələ bu komandaya dəvət etməyiblər".
