5 avqust 2016 14:25
Viktoriyanı Ludoqoretslə duel gözləyir
Azərbaycan çempionu "Qarabağ"ı Çempionlar Liqasından uzaqlaşdıran Çexiyanın "Viktoriya" klubunun bu turnirin pley-off mərhələsindəki rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, sözügedən komanda ÇL-in qrup mərhələsinə vəsiqə qazanmaq üçün Bolqarıstanın "Ludoqorets" klubundan üstün olmalıdır.
Qeyd edək ki, "Qarabağ" səfərdə qolsuz heç-heçəyə razılaşdığı "Viktoriya" ilə ev oyununda son dəqiqələrdə buraxdığı qol sayəsində qələbəni əldən vermiş və mübarizəni dayandırmışdı - 1:1.
