5 avqust 2016 13:25
Rahid Əmirquliyev: Qrup mərhələsində oynamaq istəyirik
"Qarabağ"ın yarımmüdafiəçisi Rahid Əmirquliyev komandasının Çempionlar Liqasında mübarizəni dayandırmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Viktoriya" ilə oyundan üç gün keçib. Amma hələ də bu uğursuzluqdan sonra söz tapıb danışmaq çox çətindir. Halbuki, biz yeni tarix yazmaq, xalqımızı sevindirmək istəyirdik. Bütün oyunboyu təşəbbüsü rəqibə ermədik, sadəcə, həmin gün bizim günümüz deyildi.
Həyat davam edir. Artıq Avropa Liqasındakı rəqibimizi gözləyirik. Ümid edirəm ki, püşkatma bizim üçün münasib olacaq. Qrup mərhələsində oynamaq istəyirik".
