Çivelli: Azərbaycanlılar sanki final matçına çıxmış kimi oynayırdılar
Fransanın "Lill" klubunun müdafiəçisi Renato Çivelli Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab oyununu (0:1, ilk oyun 0:0) şərh edib. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"İlk növbədə "Qəbələ"ni təbrik edirəm. Azərbaycanlılar bir daha göstərdilər ki, ən yaxşı heç də həmişə qələbə qazanmır. Əksinə, kimi daha yaxşı hazırlıqlı olursa və daha istəklidirsə, o da qalib gəlir. Məncə, biz onlarla müqayisədə bu uğuru az istəyirdik. Azərbaycanlılar sanki final matçına çıxmış kimi oynayırdılar. Halbuki, mən səfərdə qol vuracağımızı, qələbə qazanacağımızı düşünürdüm. Rəqib taktiki cəhətdən də yaxşı hazırlaşmışdı. Heç bir riskə əl atmadılar. Bu, çox ağır zərbədir".
