5 avqust 2016 10:40
Samir Məsimovun komandası Avroliqa ilə vidalaşdı
Sloveniyanın "Domjale" klubu Avropa Liqasında mübarizəni dayandırıb. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası ötən gecə səfərdə İngiltərənin "Vest Hem" klubunun qonağı olub.
Doğma meydanda 2:1 hesabıyla qələbə qazanıb, sensasiyaya imza atan sloveniyalılar səfərdə heç nə edə bilməyiblər. İngiltərə klubu öz meydanında 3:0 hesabıyla qələbə qazanaraq, pley-offa yüksəlib. Futbolçumuz adı bu görüşün iştirak ərizəsində yer almayıb. Komandası isə Avroliqadakı çıxışını başa vurub.
