Qarabağla Qəbələ növbəti rəqibini gözləyir
Bu gün Avropa Liqasının pley-off mərhələsində mübarizə aparacaq təmsilçilərimizin növbəti rəqibləri bəlli olacaq. Azerisport.az xəbər verir ki, “Qarabağ” səpələnmişlər, “Qəbələ” isə səpələnməmişlər qrupunda yer alacaq.
Bu da ağdamlıların növbəti mərhələdə reytinqcə özündən aşağı, “Qəbələ”nin isə yüksək əmsallı rəqiblə qarşılaşacağı anlamına gəlir.
“Qarabağ”ın potensial rəqibləri: “Rusenborq” (Norveç), “Astana” (Qazaxıstan), “Astra” (Rumıniya), “Hayduk” (Xorvatiya), “Arouka” (Portuqaliya), “Qrashoppers” (İsveçrə), AEK (Kipr), “Voyvodina” (Serbiya), “İstanbul Başakşehir” (Türkiyə), “Brondbü” (Danimarka), “Srvena Zvezda” (Serbiya), “Osmanlıspor” (Türkiyə), “Slaviya” (Çexiya), “Göteborq” (İsveç), “Dinamo” (Gürcüstan), “Lokomativa” (Xorvatiya”), “Trençin” (Slovakiya), “Beytar” (İsrail), “Sseneryusk” (Danimarka), “Şkendiya” (Makedoniya), “Partizani” (Albaniya).
“Qəbələ”nin potensial rəqibləri: “Şaxtyor” (Ukrayna), “Olimpiakos” (Yunanıstan), “Anderlext” (Belçika), “Alkmaar” (Hollandiya), “Fənərbaxça” (Türkiyə), “Sparta” (Çexiya), PAOK (Yunanıstan), “Genk” (Belçika), BATE (Belarus), “Sent-Etyen” (Fransa), “Gent” (Belçika), “Krasnodar” (Rusiya), “Rapid” (Avstriya), “Slovan” (Çexiya), “Maribor” (Sloveniya), “Makkabi” (İsrail, Təl Əviv), “Austriya” (Avstriya), “Vest Hem” (İngiltərə), “Panatinaikos” (Yunanıstan), “Midtyulland” (Danimarka), “Sassulo” (İtaliya).
