5 avqust 2016 10:00
Qəbələ Azərbaycanın UEFA reytinqində xal ehtiyatını yaxşılaşdırdı
"Qəbələ"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində doğma meydanda Fransanın "Lill" klubu üzərində qazandığı qələbə (1:0) Azərbaycanın UEFA reytinqindəki xal ehtiyatını yaxşılaşdırıb. Azerisport.az xəbər verir ki, sözügedən klub Azərbaycanın hesabına əlavə 0,250 xal yazdırıb.
Artıq ölkəmizin hesabında 16,000 reytinq xalı var. Bu göstərici ilə Azərbaycan 25-ci pillədə qərarlaşıb.
