5 avqust 2016 00:45

Rəşad Sadiqov: Avroliqanın qrupuna vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik

"Qəbələ"nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirdikləri cavab oyunundan (1:0, ilk oyun 1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.

- Matç barədə nə deyə bilərsiniz?
- Rəqib səviyyəli komanda idi. Elə Fransa klubunun adı bizə motivasiya üçün bəs idi. Fransadan yaxşı nəticə ilə qayıtmışdıq. Burada da yaxşı oynadıq və layiqli qələbə qazandıq.

- Bu, sensasiyadır?
- Sensasiya bir oyunda ola bilər. Amma biz onlardan hər iki oyunda üstün olduq. "Qəbələ" indi yaxşı formadadır. Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaq üçün də əlimizdən gələni edəcəyik. Bizi sevən, hətta sevməyən hər kəsi də sevindirmək istəyirik.

- Bu oyun daha çətin oldu, ya səfərdəki görüş?
- Ən çox çətinliyi səfərdəki matçın ikinci yarısında çəkdik. Bunu da uzun yol yorğunluğu ilə əlaqələndirərdim.

- Bu oyunun 80-ci dəqiqəsindən sonra tempi aşağı salmağınız da yorğunluqdan irəli gəlirdi?
- Hesabda üstün idik. Rəqib isə bizi sıxışdırmağa çalışırdı. Deyərdim ki, öz cərimə meydançamıza sıxışmağa rəqib bizi məcbur etdi. Onlar son dəqiqələrdə artıq dörd hücumçu ilə oynayırdılar. Amma biz də əks-hücumlar qururduq. Həm də hava isti idi.

- Potensial rəqiblər artıq bəllidir. Hansı ilə qarşılaşmaq istərdiniz?
- Bu mərhələnin püşkü atılanda düşünürdüm ki, təki "Lill" ilə düşməyək. Amma sonda elə bu komandaya rəqib olduq. Ona görə də indi bizim üçün hansı komanda ilə düşməyin fərqi yoxdur. "Lill"i keçmişiksə, növbəti rəqibə də qalib gəlməyə çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.