5 avqust 2016 00:35
Filip Ozobiç: Qəbələnin qrup mərhələsində oynamaq üçün yaxşı şansı var
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirdikləri cavab oyunundan (1:0, ilk oyun 1:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Yaxşı oynadıq. İki oyunun nəticəsi göstərdi ki, biz növbəti mərhələyə layiqik. Bu uğura bəxt sayəsində nail olduğumuzu deməzdim. Sadəcə, biz hər şeyi düzgün etdik. Baxmayaraq ki, fransızlar favorit idilər. Avroliqanın qrup mərhələsinə düşməyə yaxşı şansımız var".
